Xarici ölkə vətəndaşları ən çox Mayamidə yaşayır.
İndex.az xəbər verir ki, "Data Statistics"in araşdırmasına görə, Mayami əhalisinin yalnız 41,7%-i ABŞ vətəndaşıdır.
Mayami əhalisinin 58,3%-i müxtəlif ölkə vətəndaşlarından ibarətdir.
İndex.az xarici ölkə vətəndaşları ən çox yaşadığı şəhərləri sizə təqdim edir:
1. Mayami, ABŞ: 58,3%
2. Toronto, Kanada: 49,0%
3. Sidney, Avstraliya: 45,4%
4. Vankuver, Kanada: 42,5%
5. Melburn, Avstraliya: 41,3%
6. San Xose, ABŞ: 39,3%
7. Los Anceles, ABŞ: 37,7%
8. Nyu-York, ABŞ: 37,5%
9. London, Böyük Britaniya: 36,4%
10. San Fransisko, ABŞ: 34,9%
