Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 13 milyon 319,1 min kVt/saat elektrik enerjisi ixrac edilib.

İndex.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan elektrik enerjisinin 1 kVt/saat üçün orta gömrük dəyəri 4,8 sent və ya 8,2 qəpik təşkil edib. Bu il xaricə satılan elektrik enerjisinin dəyəri daxili bazarda satılan elektrik enerjisinin qiymətindən aşağı olub.

Elektrik enerjisinin daxili bazardakı qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.

Qeyd edək ki, 2026-cı il 1 yanvar tarixindən Azərbaycanda elektrik enerjisi üçün ay ərzində 1 manat sabit tarif də tətbiq olunur.