Dünyanın ən böyük sosial media platformalarından biri olan X-in bazar dəyərin ötən ilin eyni dövrünə nəzərən kəskin ucuzlaşıb.
İndex.az xəbər verir ki, ötən ilin 3-cü rübündə X-in bazar dəyəri 44 milyard dollar olduğu halda, cari ilin eyni dövründə sosial media platformasının bazar dəyəri 19 milyard dollara enib.
Qeyd edək ki, amerikalı iş adamı İlon Mask X-i 27 oktyabr 2022-ci ildə 44 milyard dollara satın alıb.
X bu gün işçilərə göndərdiyi daxili memoda şirkətin dəyərinin 19 milyard dollar olduğunu qeyd edib.
X tərəfindən sentyabr ayında elan edilmişdi ki, İlon Mask platformanı aldıqdan sonra reklam gəlirləri 60% azalıb.
