Çıxışından bəri daim yenilənən "Windows 11"də yeni problemlər yaranmağa davam edir.

İndex.az xəbər verir ki, bu dəfə "Windows 11" istifadəçiləri "File Explorer"də maraqlı problem aşkar ediblər.

Məlumata görə, "Windows 11"in "File Explorer"in yeni problemi ilk dəfə “Lieuallen” adlı Reddit istifadəçisi aşkar edib.

Keçən yanvar ayında "Reddit"də paylaşım edən istifadəçi, "File Explorer"i bağlanmadığı təqdirdə ara-sıra ön plana çıxdığını bildirib.

Daha sonra "Reddit"də bir çox istifadəçi mövcud səhvi təsdiqləyib.

Ancaq maraqlısı odur ki, səhvin mənbəyi və ya hansı fasilələrlə baş verdiyi məlum deyil.

Bəzi istifadəçilər "Task Manager"in bir neçə dəqiqə ərzində yenidən göründüyünü, digərləri isə səhvin təsadüfi baş verdiyini iddia edirlər.