"WhatsApp" göndərilən səsli mesajları mətnə ​​çevirmək funksiyasını "Android"ə gətirir.

İndex.az xəbər verir ki, "WhatsApp"ın "Beta" versiyasında görünən funksiya hazırda sınaqdan keçirilir.

Bu funksiya hazırda ingilis, ispan, portuqal (braziliya), rus və hind dillərini dəstəkləyir.

Seçilmiş dil paketi yükləndikdən sonra cihazda audio transkriptlər yaradılır.

Bununla da, istifadəçi məxfiliyi təmin edilir.