Hakerlər saxta "Android" çat proqramı ilə istifadəçi məlumatlarını oğurlayıblar.
İndex.az xəbər verir ki, Hindistanlı haker qrupu "APT Bahamut"un "Android" əməliyyat sistemi ilə işləyən cihazlara "Safe Chat" adlı saxta proqram quraşdıraraq "WhatsApp", "Telegram", "Signal", "Viber" və "Facebook Messenger" kimi məşhur mesajlaşma proqramlarında saxlanan məlumatları oğurladığı müəyyən edilib.
"Bleeping Computer"in məlumatına görə, kibertəhlükəsizlik mütəxəssisləri aşkar ediblər ki, ən son haker hücumları "WhatsApp"da fişinq mesajları vasitəsilə həyata keçirilir.
"SafeChat" proqramı vasitəsilə hakerlər zəng qeydlərini, mətn mesajlarını və GPS məkan məlumatlarını oğurlayır.
