Populyar mesajlaşma platforması "WhatsApp"ın "Android" proqramı yeni görkəm alır.

İndex.az xəbər verir ki, Beta testlərinə başlayan "WhatsApp"ın bu yeniləməsi ilə "Android" versiyası "iOS" versiyasına bənzəyəcək.

Yayımlanan şəkillərdən də göründüyü kimi, "WhatsApp"ın "Android" proqramı artıq "iOS" versiyasına bənzəyir.

Əsas ekranın aşağı hissəsində yeni naviqasiya paneli var.

Bu istifadəçilərin tablar arasında keçidini asanlaşdıracaq.