ABŞ-ın regional bankı "Western Alliance", satış üçün strateji variantların araşdırılmasını təmin etmək məqsədi ilə məsləhətçilər tutduğuna dair xəbəri təkzib etdi.

İndex.az xəbər verir ki, mərkəzi "Phoenix" olan bankdan verilən açıqlamada bildirilib ki, "Western Alliance" bankının hamısını və ya bir hissəsini satılması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir:

"Sözügedən xəbərdə tək bir həqiqət yoxdur. "Western Alliance" satış araşdırması aparmır və strateji variantları araşdırmaq üçün məsləhətçi tutmayıb. Həmin yalan xəbərə cavab olaraq bütün hüquqi variantların qiymətləndirilir".