"Volkswagen" Çinin elektrik avtomobil istehsalçısına sərmayə qoymağa hazırlaşır.
İndex.az xəbər verir ki, dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan "Volkswagen", Çinin elektrik avtomobil istehsalçısı "XPeng"ə 700 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.
Çin bazarında gücünü artırmağı hədəfləyən Alman avtomobil nəhəngi "Xpeng"in səhmlərinin 4,99%-ni alacaq.
Müqaviləyə əsasən, "Volkswagen" və "XPeng" Çin bazarı üçün "Volkswagen" brendi altında elektrik avtomobilləri istehsal edəcək.
Alman avtomobil qrupu, həmçinin lüks elektrikli avtomobil istehsalı üçün başqa bir Çin istehsalçısı olan "Audi" və "SAIC" arasında tərəfdaşlığı genişləndirdiyini açıqladı.
