Avropada 16 maliyyə xidməti provayderi gələn ilin əvvəlində yeni ödəniş sistemini işə salmağı planlaşdırır.
İndex.az xəbər verir ki, "European Payment Initiative" (EPI) (Avropa Ödəniş Təşəbbüsü) tərəfindən edilən açıqlamada bildirilib ki, Avropadakı bankların öz ödəniş xidmətlərini işə salmaq təşəbbüsünü dəstəkləyirlər.
Təşəbbüsdə Niderlandın "ABN Amro" və "Rabobank" maliyyə institutları iştirak edib.
EPI isə Niderlandda ödəniş xidmətləri göstərən "Currence iDEAL" və Lüksemburqda yerləşən PQI-ni almağı planlaşdırır.
Sözügedən ödəniş sisteminin pilot tətbiqinə 2023-cü ilin sonunda Fransa və Almaniyada başlanacaq, tətbiqi isə 2024-cü ildə digər ölkələrə yayılacaq.
EPI-nin ödəniş sisteminin keçən il fəaliyyətə başlaması planlaşdırılırdı, lakin bəzi üzv banklar ödəniş sistemindən çıxması bu prosesi gecikdirdi.
BFCM, "BNP Paribas", EPI, BPCE, "Credit Agricole", "Deutsche Bank", DSGV, ING, KBC, "La Banque Postale", "Nexi", "Societe Generale" və "Worldline" EPI-nin səhmdarları sırasındadır.
Bu arada, EPI-nin planlaşdırdığı ödəniş sisteminin ABŞ-ın Avropada geniş istifadə olunan "Visa" və "Mastercard" ödəniş sistemləri ilə rəqabət aparacağı gözlənilir.
