Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü və Fransa Bankının prezidenti Fransua Villeroy de Qalhau Avropa Mərkəzi Bankının (AMB) növbəti iclasında uçot dərəcələrini azaldacağını açıqlayıb.
İndex.az xəbər verir ki, Villeroyun sözlərinə görə, sentyabr ayında inflyasiya AMB-nin 2%-lik hədəfindən aşağı düşdüyündən qiymət artımlarının əsas ölçüsü 2025-ci ildə tədricən azalacaq.
Digər tərəfdən, Villeroy, 2025-ci ildə inflyasiya ilə bağlı bazar gözləntilərinin 1.8%-dən aşağı olduğunu və AMB-nin proqnozlarının belə bazar gözləntilərindən yüksək olduğunu ifadə etdi.
