Onilliklərdir ki, video oyunları oynamağın ağıl üçün faydalı olub-olmaması və ya beyni inkişaf etdirməsi kimi bir çox faktor elm adamları tərəfindən müzakirə olunmağa davam edir.

İndex.az xəbər verir ki, Qərb Universiteti və Elm və Sənaye Muzeyi ilə birgə həyata keçirilən “Beyin və Bədən” araşdırması dünyanın hər yerindən 2000-dən çox iştirakçı ilə aparılıb.

Araşdırmanın nəticələri üzə çıxarıb ki, müntəzəm olaraq video oyunları oynayan insanların idrak qabiliyyətləri öz yaşıdlarına nisbətən daha çox inkişaf edir. Bu insanların iş həyatında çox daha uğurlu olduğu bildirilir.

Nevrologiya professoru Adrian Owenin rəhbərlik etdiyi tədqiqat qrupu həftədə 5 saat və ya daha çox oyun oynayan insanların koqnitiv performans baxımından orta hesabla özlərindən 13,7 yaş kiçik fərdlər səviyyəsində olduğunu müəyyən edib.

Bu, video oyun təcrübəsi olan işçilərin iş həyatında problem həll etmə, sürətli qərar vermə və analitik düşüncə tələb edən vəzifələrdə seçilə biləcəyini göstərir.

Tədqiqatın başqa bir təəccüblü nəticəsi fiziki fəaliyyətlə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi kimi həftədə 150 ​​dəqiqə və ya daha çox məşq edən iştirakçıların depressiya əlamətlərini göstərməmə ehtimalının yüzdə 12, narahatlıq əlamətlərinin isə yüzdə 9 daha çox olduğu müəyyən edilib.

Maraqlıdır ki, fiziki fəaliyyət koqnitiv qabiliyyətlərə əhəmiyyətli dərəcədə təsir göstərmir.