Kiyevdə yanvarın 10-u səhərdən su və istilik təchizatı, eyni zamanda, elektriklə işləyən nəqliyyatın hərəkəti dayandırılıb.
İndex.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
"Ukrenerqo" Milli Enerji Şirkətinin göstərişi ilə şəhərdə qəza elektrik kəsintisi tətbiq edilib. Su və istilik təchizatı, elektrik nəqliyyatı sistemlərinin işi dayandırılıb", - inzibati orqan vurğulayıb.
Enerji mütəxəssisləri bütün sistemləri mümkün qədər tez normal rejimə qaytarmaq üçün bərpa işləri aparırlar.
"Əvəzləyici avtobus marşrutları işə salınacaq", - məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya yanvarın 10-na keçən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və 120-dən çox dron ilə zərbə endirib.
