Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov Neft Emalı Zavoduna zərbə endirib.
İndex.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"2025-ci il noyabrın 3-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Saratov vilayətində yerləşən neft emalı zavoduna zərbə endirib. "ELOU AVT-6" neft emalı qurğuları kompleksi ərazisində yanğın qeydə alınıb", - Baş Qərargahdan bildirilib.
Saratov Neft Emalı Zavodu Rusiyanın ən qədim neft emalı müəssisələrindən biridir. 2023-ci ildə onun emal gücü 4,8 milyon ton təşkil edib.
