Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.

İndex.az xəbər verir ki, hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından çıxan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.