Ukrayna hərbçiləri dekabrın 20-dən 21-nə keçən gecə Rusiyanın Lipetsk şəhəri yaxınlığındakı hərbi aerodromda Su-30 və Su-27 qırıcı təyyarələrini vurub.
İndex.az bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqram kanalına istinadən xəbər verir.
Qeyd olunub ki, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi bu iki təyyarənin ümumi dəyəri təxminən 100 milyon dollara qədər ola bilər.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Lipetsk yaxınlığındakı aerodromda xüsusi əməliyyat iki həftə ərzində planlaşdırılıb.
