Yaponiya hökuməti rəsmi olaraq Ueda Kazuonu Yaponiya Mərkəzi Bankın (BoJ) sədri təyin edib.

İndex.az xəbər verir ki, baş nazir Kişida Fumionun hökuməti parlament tərəfindən təsdiqlənən Ueda Kazuonu rəsmi olaraq BoJ-nin yeni prezidenti təyin edib.

BoJ-in prezidenti Kuroda Haruhikonun Yaponiyadakı 10 illik səlahiyyət müddəti həftə sonu başa çatır.

Ueda vəzifəsinə aprelin 9-da başlayacaq.

Milli mətbuat Uedanın akademik ixtisasının diqqəti cəlb etdiyini bildirir.

Rəsmi Kyodo agentliyi Uedanın müharibədən sonrakı dövrdə akademik dünyadan bu vəzifəyə təyin olunan ilk BoJ prezidenti olduğunu bildirib.

Öz tərcümeyi-halına görə, Ueda "Tokio Universiteti"ndə və "Kyoritsu Qadınlar Universiteti"ndə akademik vəzifəsində çalışıb.

1998-2005-ci illər arasında BOJ "Siyasət Şurası"nın üzvü olan və akademik olaraq tanınan 71 yaşlı Ueda 5 il vəzifədə olacaq.