“Credit Suisse”ini alan UBS 2017-ci ildən bəri ilk dəfə zərərini açıqlayıb.

İndex.az xəbər verir ki, bu alışdan sonra bankın zərəri 2 milyard dollar civarındadır.

Bank, “Credit Suisse” inteqrasiyası ilə bağlı ümumi xərclərə 2 milyard dollar daxil etdikdən sonra, sentyabr ayına qədər olan üç ay ərzində 785 milyon dollar xalis zərər etdiyini bildirib.

Nəticələri şərh edən UBS-in baş direktoru Sergio Ermotti qeyd edib ki, mart ayında maliyyə sistemini sabitləşdirmək üçün UBS-in daha güclü və təhlükəsiz versiyası qurulub.

Bankın portfel idarəetmə bölməsi vergidən əvvəl 1,01 milyard dollar mənfəət əldə edərək proqnozlardan aşağı olub.