"UBS Group AG" aprel-iyun dövrü üzrə maliyyə nəticələrini açıqlayıb.

İndex.az xəbər verir ki, İsveçrənin ən böyük bankı UBS, aprel-iyun ayları üçün 1,14 milyard dollar xalis mənfəət əldə etdiyini bildirib.

İqtisadçılar bankın mənfəətinin 528 milyon dollar olacağını gözləyirdilər.

UBS-in baş direktoru Sergio Ermotti verdiyi açıqlamada bildirib ki, bankın "Credit Suisse"ni aldıqdan sonra birinci yarımillikdə əldə edilən bu mənfəət əhəmiyyətli irəliləyişləri əks etdirir.