UBS-də birləşmədən sonra kütləvi işdən çıxarmalara başlayır.

İndex.az xəbər verir ki, İsveçrənin "Sonntagszeitung" qəzetinin UBS rəhbərlərinə istinadən yaydığı məlumata görə, "Credit Suisse" ilə tarixi birləşməyə imza atan İsveçrə bank nəhəngi UBS, işçilərinin 20-30%-ni ixtisar etməyi planlaşdırır.

Beləliklə, bankın dünya üzrə 36 min işçisi ilə yollarını ayırması gündəmdədir.

İsveçrədə işdən çıxarılanların sayının 11 minə çatacağı gözlənilir.

UBS və "Credit Suisse"nin ümumi işçilərinin sayı 125 min nəfərdir. Bu rəqəm İsveçrədəki ümumi rəqəmin 30%-ni təşkil edir.

Qeyd edək ki, keçən ay "Credit Suisse", UBS ilə birləşməmişdən əvvəl 9,000 işçisi ilə yollarını ayıracağını açıqlamışdı.

Birləşmədən sonra bir çox vəzifə üst-üstə düşdüyündən bu rəqəmin iki dəfə artacağı gözlənilirdi.