UBS, "Credit Suisse"nin satın alınmasından sonra yaranan zərəri açıqlayıb.
İndex.az xəbər verir ki, UBS-nin yaydığı məlumata görə, "Credit Suisse"nin alınması ilə bank 17 milyard dollar itki ilə üzləşəcək.
İsveçrə bankı nəhəngi UBS ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərdiyi bildirişdə aktiv və öhdəliklərinə etdiyi düzəlişlərin banka təxminən 13 milyard dollar mənfi təsir göstərdiyini, həmçinin məhkəmə çəkişmələri və tənzimləmələrin 4 milyard dollara başa gəldiyini bildirib.
Qeyd edək ki, "Credit Suisse" kütləvi müştəri depozitlərinin çıxarılması və sürətlə düşən səhm qiymətləri ilə iflasa uğramaq ərəfəsində olduğu üçün UBS rəqibini 3 milyard İsveçrə frankı (3,4 milyard dollar) qarşılığında satın almışdı.
