İlon Mask "Twitter"ə daha bir yenilik gətirib.

İndex.az xəbər verir ki, İlon Mask "Twitter"də etdiyi paylaşımla bildirib ki, sosial media platforması məzmun istehsalçılarına abunə olmaq imkanı təklif edəcək.

Mask, istifadəçilərin "Twitter"in parametrlərindəki "Monetizasiya" bölməsi vasitəsilə bu xüsusiyyətdən yararlana biləcəklərini qeyd edib.

Mask bildirib ki, "Twitter" "Android" və iOS sistemlərinin tətbiq etdiyi ödənişlər istisna olmaqla, ilk 12 ay ərzində istifadəçilərdən heç bir ödəniş almayacaq.