"Twitter" yeni doğrulama xidməti üzərində işləyir.
İndex.az xəbər verir ki, "Twitter" hələ kimliyə əsaslanan doğrulama metodunu işə saldığını təsdiqləməsə də, "Twitter" kodlarından əldə edilən nəticələr platformanın ən azı mart ayından bu məsələ üzərində işlədiyini göstərir.
Şəxsiyyətə əsaslanan doğrulama xidməti xüsusilə saxta və real hesabı başa düşməkdə çox faydalı ola bilər.
Digər tərəfdən, görünür, bu xüsusiyyət tələb olunmayacaq, istifadəçilər istəsələr şəxsiyyət əsaslı autentifikasiyadan istifadə edə biləcəklər.
