İstanbulda bir baytarlıq klinikasında Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi və Təhlükəsizlik Baş İdarəsinə aid qrupların birgə yoxlaması zamanı qeyri-qanuni yolla gətirilən 35 günlük erkək Afrika aslanı ələ keçirilib.
İndex.az xəbər verir ki, bala aslan qruplar tərəfindən nəzarətə götürülüb, hadisədə iştirak edən 2 nəfər isə cərimələnib.
