"Akkuyu Atom Elektrik Stansiyası"nın ardınca Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası (Rosatom) Türkiyənin ikinci atom elektrik stansiyasını tikəcəklərini açıqlayıb.

İndex.az xəbər verir ki, Rusiyada parlamentin aşağı palatası olan Dövlət Dumasında çıxış edən Lihaçev bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan yeni elektrik stansiyasının tikintisini "Rosatom"a həvalə edib.

Lihaçev AES ilə bağlı Türkiyə ilə fəal danışıqlar apardığını bildirib.

“Prezident Ərdoğan açıq şəkildə bildirdi ki, başqa bir yatağın bizə verilməsi ilə bağlı siyasi qərar verilib. Hazırda detallar üzərində işləyirik. Çox güman ki, yeni tikinti sahəsinin adı "Sinop" olacaq”.