Türkiyəənin Xəzinə və Maliyyə Nazirliyi, müxtəlif idman sahələrində 1900 nəfərin maaşını araşdırıb.

İndex.az xəbər verir ki, araşdırmadan sonra son 3 ildə qeydiyyatdan keçməmiş təxminən 5 milyard lirə gəlir aşkar edilib.

İdmançıların aldıqları yüksək maaşları gizlədib-gizlətmədiklərini yoxlayan Gəlirlər İdarəsi 2021, 2022 və 2023-cü illərdə futbol, ​​basketbol və voleybolla məşğul olan peşəkar idmançılara klublar tərəfindən ödənilən ödənişlərin bir hissəsinin gizlədildiyini müəyyən edib.