Türkiyə Statistika Təşkilatı sənayenin alt sektorlarını araşdırıb.
İndex.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının apardığı araşdırmanın nəticələrinə görə, aprel ayında sənaye istehsalı azalıb.
Sənayenin alt sektorları araşdırıldığında məlum olub ki, 2024-cü ilin aprel ayında mədənçıxarma və karxana sənayesi ötən aya nəzərən 1,3%, emal sənayesi sektoru 5,3%, elektrik enerjisi, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru isə 2% azalıb.
Digər sənaye göstəriciləri də hesablandıqda, sənaye istehsalının aylıq 4,9% azaldığı ortaya çıxır.
