Türkiyənin Daxili İşlər Nazirliyi "Smart Trade Coin"ə qarşı əməliyyat başladıb.
İndex.az xəbər verir ki, daxili işlər naziri Əli Yerlikaya 1 milyard dollardan çox qazanc əldə edən "Smart Trade Coin"ə qarşı əməliyyat keçirildiyini və 127 şübhəlinin tutulduğunu açıqlayıb.
Müəyyən edilib ki, fırıldaqçılar "Smart Trade Coin" adlı kriptovalyuta ticarət platforması vasitəsilə vətəndaşları “Sıfır Risklə Yüksək Mənfəət” vədi verərək sərmayə qoymağa, avtomatik alış-satış əməliyyatları həyata keçirən bot proqramlarını satmağa və “Ponzi Zənciri” yaratmağa yönəldiblər.
Sistemi mövcud istifadəçilərinə isə yeni istifadəçilər gətirdikləri təqdirdə qazanc vəd edilirmiş.
