Bu ilin yanvar-noyabr aylarında "AzerGold" QSC 205,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İndex.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın dekabr buraxılışına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 73,5 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.

11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.