Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti seçilən Donald Trampın BRİCS ölkələrindən ABŞ dollarından ehtiyat valyuta kimi istifadə etmək öhdəliyi tələb etməsi Çinin reaksiyasına səbəb olub.
İndex.az xəbər verir ki, Tramp şənbə günü bu ölkələr dollardan imtina etməyə cəhd etsələr, onlara 100% rüsum tətbiq edəcəyini bildirib.
Çin isə ABŞ-ı qlobal iqtisadiyyatı sabitliyi pozmaqda və dolların hökmranlığından geosiyasi silah kimi istifadə etməkdə ittiham edir.
Çinin ABŞ səfirliyinin sözçüsü Liu Pengyu "Newsweek"ə verdiyi müsahibədə deyib: “ABŞ uzun müddətdir ki, böhranları manipulyasiya etməyə, ABŞ-dakı inflyasiyanı dünyanın digər hissələrinə yaymağa və onu beynəlxalq iqtisadi və maliyyəyə zərər verən geosiyasi alətə çevirməyə çalışır. Sabitliyi və beynəlxalq asayişi pozur. Dolların hegemonluğundan istifadə edir".
