"Bitcoin" kriptovalyutasının qiyməti ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı təşkil edilən sui-qəsd cəhdindən sonra bahalaşıb.

İndex.az xəbər verir ki, sui-qəsd cəhdindən sonra Trampın prezidentlik yarışında qalib gəlmə şansının artması "Bitcoin"in qiymətinin 63 min dolları ötməsinə səbəb olub.

"Coinmarketcap" analiz şirkətinin məlumatına görə, "Bitcoin" də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,1% artaraq 2 trilyon 300 milyard dollara çatıb.

Analitiklərin fikrincə, kriptovalyutalar haqqında müsbət fikirlər söyləyən Trampa qarşı sui-qəsd cəhdindən sonra onun prezidentlik yarışında qalib gəlmə ehtimalının artması "Bitcoin" və digər kriptovalyutaların qiymətlərinin artmasına səbəb olub.