ABŞ Prezidenti Donald Tramp gələcəkdə, təhlükəsiz olacağı təqdirdə, Venesuelaya səfər etmək istədiyini bildirib.
İndex.az xəbər verir ki, o, bunu "The New York Times" qəzetinə verdiyi müsahibədə qeyd edib.
Nəşr qeyd edib ki, Tramp Venesuelaya şəxsən getmək istəyib-istəmədiyi barədə suala müsbət cavab verib.
"Düşünürəm ki, hansısa mərhələdə orada vəziyyət təhlükəsiz olacaq", - o bildirib.
