ABŞ Venesuelanı idarə edəcək və "uzun illər" onun neftini çıxaracaq.
İndex.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həbsdə olan Nikolas Maduronun tərəfdarlarından ibarət olan Venesuelanın müvəqqəti hökuməti ABŞ-nin zəruri hesab etdiyi hər şeyi verir. Lakin Tramp Vaşinqtonun Cənubi Amerika ölkəsinə nə vaxta qədər nəzarət edəcəyini açıqlamayıb. "Bunu yalnız zaman göstərəcək", - o, müvafiq suala cavabında deyib.
Prezident vurğulayıb ki, ABŞ administrasiyası Venesuelanı çox faydalı şəkildə bərpa etməyi nəzərdə tutur.
"Biz neftdən istifadə edəcəyik və nefti götürəcəyik. Neftin qiymətini aşağı salacağıq və Venesuelaya pul verəcəyik. Onun buna ehtiyacı var", - Tramp bəyan edib.
Tramp bildirib ki, Maduro rejiminin devrilməsi regiondakı digər liderləri qorxudub və onları ABŞ-yə tabe olmağa məcbur edib.
