ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı hazırladıqları həll planı ilə bağlı mətbuatın suallarını cavablandırıb.

İndex.az xəbər verir ki, Tramp bəyan edib ki, Kiyev Moskva ilə razılaşmanı qəbul etməlidir, çünki Rusiyanın hərbi gücü Ukraynanınkından üstündür.

Tramp bu müharibənin illərlə davam edə biləcəyini deyib: "Rusiyanın daha çox insanı, daha çox əsgəri var. Düşünürəm ki, Ukrayna razılığa gəlsə, yaxşı olardı. Açığı, düşünürəm ki, bu, hər iki tərəf üçün yaxşı olardı. Ukraynanın əhalisi daha azdır.

ABŞ lideri həmçinin Ukraynanın plana uyğun olaraq verməli olduğu torpaqların yaxın bir neçə ay ərzində artıq Rusiyanın nəzarətinə keçəcəyini proqnozlaşdırıb.