ABŞ-ın keçmiş prezidenti Tramp Pensilvaniya ştatında seçki fəaliyyəti çərçivəsində "fast food" restoranları şəbəkəsinə daxil olub.
İndex.az xəbər verir ki, Tramp gəncliyində bu restoranların bir şöbəsində çalışdığını deyən Demokrat rəqibi Harrisə inanmadığını bildirib.
Restoranda işçilərlə əl sıxan Tramp daha sonra pencəyini çıxarıb, önlük taxıb və kartof qızartma aparatından istifadə edib.
Ətrafdakı Respublikaçı tərəfdarlar Trampa böyük maraq göstərib, o, həm də maşınla gələn müştərilərlə söhbət edib.
Tramp ətrafındakılara zarafatla deyib: “Mən hazırda Kəmalədən 15 dəqiqə çox işləmişəm. Mən bütün həyatım boyu bunu etmək istəmişəm".
Hazırladığı kartof qızartmasını da mətbuat mənsublarına təklif edən Tramp bu müddət ərzində jurnalistlərlə söhbət edib.
Qeyd edək ki, Harris prezidentliyə namizəd olduqdan sonra qatıldığı proqramda gəncliyində "fast food" şəbəkəsinin bir şöbəsində işləyərkən kartof qızartdığını, daha sonra isə kassada işlədiyini söyləyib, Tramp isə bu ifadənin yalan olduğunu iddia edib.
