"Allianz" ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı ilə bağlı yeni proqnozunu açıqlayıb.

İndex.az xəbər verir ki, "Allianz"ın baş qitisadçısı Ludovic Subran açıqlamasında bildirilib ki, Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə FED uçot dərəcələrini azaltmaq istəyəcək:

"Mənim fikrimcə, Trampın geri dönəcəyi təqdirdə FED uçot dərəcələrini azaltmaq istəyəcək. Lakin Tramp dövründə bu heç də asan olmayacaq.  Buna görə də, FED sədri Pauel bəzi faiz endirimlərini əvvəlcədən etmək istəyə bilər".

Subran, Trampın ABŞ-dakı qələbəsinin bu il bazarlar üçün ən böyük siyasi qeyri-müəyyənlik olduğunu bildirib və belə bir hadisənin relyasiya xarakteri daşıyacağını qeyd edib.

Onun sözlərinə görə, Tramp qalib gəlsə, bazarların proqnozlaşdırdığı yumşaq eniş ssenarisi gözlənildiyi kimi olmaya bilər.