ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.

İndex.az xəbər verir ki, o, bununla bağlı "Truth Social"da paylaşım edib.

"İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə istənilən növ sövdələşmələr üçün 25 % rüsum ödəyəcək", - paylaşımda bildirilir.

Tramp qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxılmayacağını vurğulayıb.