Prezident Donald Tramp cümə axşamı Ağ Evdə Hindistanın baş naziri Narendra Modini qəbul edib və iki ölkə arasında iqtisadi münasibətləri daha ədalətli edəcəyinə söz verib.

İndex.az xəbər verir ki, birgə mətbuat konfransında Tramp bildirib ki, ABŞ ticarət kəsirini azaltmağı və Hindistandan idxal olunan məhsullara daha yüksək gömrük rüsumları tətbiq etməyi düşünür.

Vaşinqtonun indi qarşılıqlı və ədalətli ticarət istədiyini vurğulayan Tramp “Hindistan nə tələb edirsə, onu da tələb edəcəyik” deyib.

İki ölkənin ticarət danışıqlarına başlayacağını bildirən Tramp Hindistana əlavə vergilərin də gündəmdə olduğunu əlavə edib.