ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bir sıra bəyanatlar səsləndirib.

İndex.az xəbər verir ki, Donald Tramp bəyan edib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasəti qərarlarında ABŞ prezidenti söz sahibi olmalıdır:

"Düşünürəm ki, mən öz bizneslərimdə çox uğurlu olub, çox pul qazanmışam. Fikrimcə, pul ilə bağlı mövzularda FED üzvlərindən və ya prezidentindən daha yaxşı təcrübəm var. Buna görə də, FED-in pul siyasəti qərarlarında ABŞ prezidenti söz sahibi olmalıdır".

Ümumiyyətlə uçot dərəcələrinin aşağı salınmasının tərəfdarı olan Tramp pul siyasəti qərarlarına görə Paueli tənqid etməyə başlayıb.

Bu yaxınlarda verdiyi müsahibədə Tramp yenidən prezident olacağı təqdirdə, Pauellin 2026-cı ilə qədər davam edəcək prezidentlik müddətini başa vurmasına icazə verəcəyini bildirib.