2023-cü ilin birinci yarısında rekord satışlara imza atan "Toyota", cari maliyyə ili üçün əməliyyat mənfəəti gözləntilərini 50% artırıb.
İndex.az xəbər verir ki, şirkətin verdiyi açıqlamada, əməliyyat mənfəətinin 2024-cü ilin mart ayına qədər 4,5 trilyon yenaya (29,7 milyard dollar) çatacağı proqnozlaşdırılır.
Şirkət proqnozlarını yüksəltsə də, səhmləri geri alacağını açıqlayıb.
Belə ki, şirkət 100 milyard yen (660 milyon dollar) dəyərində və ya 0,44%-lik səhmləri geri almağı planlaşdırdığını bildirib.
