Yaponiyanın avtomobil nəhəngi "Toyota", Çində robot taksi xidməti üçün Çinin aparıcı avtonom idarəetmə texnologiyası şirkətlərindən biri olan "Pony.ai" ilə əməkdaşlığa başlayır.

İndex.az xəbər verir ki, "Toyota" "Pony.ai"ni elektrik avtomobilləri ilə təmin edəcək, Çin şirkəti isə onları avtonom idarəetmə texnologiyası və şirkətin robot taksi şəbəkə platforması ilə təchiz edəcək.

139 milyon dollar kapitalla, bu il ortaqlıqlara başlamağı planlaşdıran "Pony.ai", qurulduğu 2016-cı ildədən bəri bir milyard dollardan çox vəsait toplayıb.