Yaponiyanın avtomobil istehsalçısı "Toyota" elektrik avtomobillərinə keçidi dəstəkləyən sənaye sahələrinə investisiyalarını genişləndirir.

İndex.az xəbər verir ki, şirkət Şimali Karolinada yeni akkumulyator fabriki üçün əlavə 2,1 milyard dollar investisiya etmək qərarına gəlib.

Şirkətin əlavə investisiya qərarı ilə fabrikin ümumi investisiya məbləği 5,9 milyard dollara yüksəldib.

Yapon avtomobil istehsalçısı 2025-ci ildən Kentukki zavodunda ABŞ istehsalı olan ilk elektrik yolsuzluq avtomobili istehsal edəcəyini açıqlayıb.

Elektrikli yolsuzluq avtomobilləri "Toyota"nın Şimali Karolina fabrikindən təchiz edilmiş akkumulyatorlardan istifadə edəcək.