Müasir futbol artıq o həddə çatıb ki, transferlərə astronomik pullar xərclənir.
İndex.az xəbər verir ki, ötən yay transfer pəncərəsində "Premyer Liqa" klubları transferlərə 2.23 milyard avro xərcləyib.
Bu isə demək olar ki, TOP-5 liqaların digər 4 üzvünün transferlərə xərclədiyi pula bərabərdir - 2.29 milyard avro.
5 böyük liqalardan cəmi ikisinin transfer gəliri transfer xərcini üstələyir.
İndex.az TOP-5 liqaların yay transfer pəncərəsində transfer gəlirlərini və xərclərini sizə təqdim edir:

