Yaponiyada ümumi inflyasiyanın pioneri sayılan paytaxt Tokioda əsas istehlak qiymətlərindəki artım tempi aşağı düşüb.
İndex.az xəbər verir ki, hökumət məlumatlarına görə, Yaponiyanın paytaxtında baza inflyasiyası may ayında illik müqayisədə 3,2% artaraq, aprel ayında müşahidə edilən 3,5% artımdan daha yavaş olub.
Beləliklə, Tokionun təzə qida istisna olmaqla istehlak qiymətləri indeksi iqtisadçıların 3,3%-lik proqnozundan aşağı düşüb.
Hökumətin məlumatlarına görə, həm təzə qida, həm də yanacaq xərclərini nəzərə almayan Tokionun əsas istehlak qiymətləri indeksi 3,9% artdıb ki, bu da 1982-ci ilin aprelindən bəri ən sürətli illik artımdır.
