"Togg" istifadəçiləri avtomobilin xidmət tarixindən tutmuş texniki xidmət məlumatlarına və dəyişdirmə proseslərinə qədər hər cür məlumatı dərhal əldə edə biləcək.
İndex.az xəbər verir ki, "Togg"un CEO-su Gürcan Karakaş, Barselonadakı blokçeyn konfransı olan "Avalanche Summit 2023" tədbirində, ağıllı cihaz pasportunun və batareya pasportunun da ağıllı cihaza inteqrasiya olunmuş rəqəmsal aktiv pul kisəsinə daxil ediləcəyini açıqlayıb.
Karakaş bununla yanaşı "USE CASE Mobility" konsepsiyası ətrafında formalaşdırdığı "Ağıllı Cihaz", "Rəqəmsal Platforma" və "Təmiz Enerji Həlləri" haqqında da məlumat verib.
Eyni zamanda Karakaş Ağıllı müqavilələrdən necə istifadə olunması və onlardan necə faydalanmalı olduqlarına dair araşdırmalarını istifadəçilərlə bölüşüb.
