Tim Adams mart ayında ABŞ-da bank iflasları ilə başlayan qarışıqlığın “böhran” olmadığını bildirib.
İndex.az xəbər verir ki, "Beynəlxalq Maliyyə İnstitutu"nun (IIF) prezidenti Tim Adams Vaşinqtonda keçirilən toplantıda CNBC-yə verdiyi müsahibədə mart ayında ABŞ-da "Silikon Vadisi Bankı"nın iflası ilə başlayan qarışıqlığın “böhran” olmadığını və yaranmış qarışıqlığın aradan qaldırıldığını bildirib:
"ABŞ-da 4000-dən çox bank var və qlobal miqyasda SWIFT sisteminə daxil olan 10 min bank və 35 min maliyyə qurumu var. Ona görə də, bunun böhran olduğunu düşünmürəm. Amma, gərək biz ayıq olub sistemi yaxından izləyək. Məncə, SVB kimi banklarda nəyin səhv olduğunu anlamaq lazımdır, amma daha çox tənzimləməyə ehtiyac olduğunu düşünmürəm. FED yəqin ki, yenidən sərtləşdirmə siyasətinə keçəcək. Avropa və İngiltərədə hazırda sərtləşdirmə prosesi gedir. Bu səbəbdən risklər aşağıdır".
