"TikTok"da qeyri-etik paylaşımlar edən, eləcə də narkotik maddələrin təbliğatının yer aldığı videolar yayan Elsevər Nəbiyev saxlanılıb.
İndex.az xəbər verir ki, 33 yaşlı şəxs "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında sözügedən paylaşımları edirmiş.
E.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, E.Nəbiyev bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.
