İstanbul Hava Limanından Londona uçmağa hazırlaşan Türk Hava Yollarına (THY) məxsus təyyarənin sərnişini oturacaq üstündə kabin heyəti ilə mübahisə edib.
İndex.az xəbər verir ki, kabin heyətini ağlasığmaz söyüşlərlə təhqir edən sərnişin sakitləşməyincə təyyarəyə polis çağırılıb.
Həmin anlar digər sərnişinlər tərəfindən lentə alınarkən polisi və kabin heyətini təhqir edən şəxs "Məni tuta bilməzsiniz, mənim 10 zavodum var. Boş danışma" deyib.
Sosial media hesabından açıqlama verən Türk Hava Yollarının (THY) mətbuat müşaviri Yəhya Üstün deyib: “14.09.2024-cü il tarixli TK1983 İstanbul-London reysində kabin heyətinə və sərnişinlərə qarşı aqressiv davranışlar və şifahi təhqirlər göstərən sərnişin polis müşayiəti ilə təyyarədən düşürülb. Təyyarəmizə maddi ziyan vuran B.G adlı sərnişin barəsində qanuni iş başlanılıb və o, qanunsuz sərnişin siyahısına (qara siyahı) salınıb".
