Naxçıvan Muxtar Respublikasında dəmir yolu xətti boyunca 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur.

Index.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Məlumata əsasən, uzunluğu 194,1 kilometr olan dəmir yolu boyunca həmçinin 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvanla birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.