Ən böyük stabilkoin olan USDT-nin operatoru "Tether" investisiya strategiyasını açıqlayıb.
İndex.az xəbər verir ki, şirkət hər ay xalis əməliyyat mənfəətinin 15%-ni "Bitcoin" almaq üçün ayıracaq.
"Tether", yeni investisiya strategiyasının bu ay başlayacağını bildirib.
"Tether"in birinci rüb sertifikatlaşdırılmış aktivlərinə görə, mart ayının sonunda USDT tokenini dəstəkləyən ehtiyatlarda təxminən 1,5 milyard dollar dəyərində "Bitcoin" saxlayıb.
